Rüfət Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Banker.az bunu Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir.
Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Digər sərəncama əsasən, o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilsin.