Publik hüquqi şəxsə çevrilən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət (ADMİU), Azərbaycan Dövlət Neft və Sənaye (ADNSU) universitetlərinin nizamnamə fondları müəyyənləşib.
Banker.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə ADMİU-nun nizamnamə fondu 17 413 263.78 (on yeddi milyon dörd yüz on üç min iki yüz altmış üç manat yetmiş səkkiz qəpik) manat olacaq.
ADNSU-nun isə nizamnamə fondu 102 734 549 (yüz iki milyon yeddi yüz otuz dörd min beş yüz qırx doqquz) manat təşkil edir.