17 C
Baku
Thursday, November 20, 2025

“Adobe” korporasiyası “Semrush” marketinq platformasını $1,9 milyarda alır

“Adobe” korporasiyası “Semrush Holdings Inc.” marketinq platformasının 1,9 milyard dollara alınması üzrə razılaşma elan edib. Bu, 2022-ci ildə “Figma”nı 20 milyard dollara almaq cəhdinin uğursuzluğundan sonra “Adobe”nin ilk iri satınalmasıdır. Sövdələşmə tamamilə nağd şəkildə, hər səhm üçün 12 dollar qiymətlə həyata keçiriləcək və 2026-cı ilin birinci yarısında tamamlanacaq, “Bloomberg” yazır.

Xəbər “Semrush” səhmələrinin premaketdə 74% artmasına səbəb olub, “Adobe” səhmələrinin qiyməti isə demək olar ki, dəyişməyib. Alqı-satqı “Adobe”yə öz təkliflərini genişləndirməyə imkan verəcək — “Semrush” onlayn marketinqin analitikası və optimizasiyası üzrə ixtisaslaşır, o cümlədən brendlərin axtarış sistemlərində təqdimatının Sİ əsaslı izlənməsi sahəsində.

“Adobe” kreativ sənaye üçün proqram təminatı ilə tanınır, lakin son illərdə şirkət aktiv şəkildə marketinq və analitik həllərini inkişaf etdirir. Buna baxmayaraq, şirkətin səhmləri ilin əvvəlindən bəri təxminən 25% ucuzlaşıb — investorlar Sİ rəqabətindən narahatdırlar.

Bundan əvvəl “Adobe” Avropa İttifaqı və Böyük Britaniyanın antimonopoliya orqanlarının müqavimətindən sonra “Figma”nı almaq üzrə sövdələşmədən imtina etməyə məcbur olmuşdu.

Son xəbərlər
Digər xəbərlər