16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Adobe” şirkətinin həmtəsisçilərindən biri dünyasını dəyişdi

Screen Shot 2021 09 02 at 14.34.20

“Adobe” şirkətinin həmtəsisçilərindən biri olan Çarlz Qeşke 82 yaşında dünyasını dəyişib. O, tarixə PDF sənəd formatının yaradıcılarından biri kimi düşüb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeşke ailəsinin əhatəsində aprelin 16-da vəfat edib. Şirkət həmtəsisçinin ölüm səbəbini açıqlamayıb.

Çarlz Qeşke 11 sentyabr 1939-cu ildə Ohayo ştatının Klivend şəhərində anadan olub. 1963-cü ildə Ksavyer Universitetində riyaziyyat üzrə magistr, 1973-cü ildə isə Karneqi Universitetində kompüter elmləri doktoru dərəcəsini alıb.

1972-ci ildə Çarlz Qeşke Xerox Palo Alto Araşdırma Mərkəzinə (PARC) işə düzəlib. Orada mütəxəssis proqramlaşdırma dilləri üzərində işləyib. Bu, onların ilk kommersiya məqsədli kompüteri olmuşdur: rastrlı ekran, pəncərəli qrafik istifadəçi interfeysi, nişanlar, qovluqlar, ikidüyməli siçan, e-poçt və s.

1978-ci ildə Qeşke PARC-da təsvirlərin araşdırılması laboratoriyasını təsis edib. Orada qrafika, optika və təsvirlərin redaktə edilməsi araşdırılıb. Qeşke laboratoriyada birgə işləmək üçün alim Con Varnoku da özü ilə götürüb. Onlar birlikdə “Adobe” şirkətinin yaradıcıları olub.

Proqramçılar onu 1982-ci ildə Vernokun qarajında işləyərkən yaradıblar və adını alimin evinin arxasındakı “Adobe Creek” çayının şərəfinə qoyublar. Ardınca şirkət ilk məhsulunu – “PostScript”i təqdim edib. Bu məhsul nəşriyyat sənayesində inqilaba səbəb olub. Onun sayəsində istifadəçilər sənədlərə kompüterdə düzəliş edə və çap edərkən olduğu kimi ekranda görə bilirdilər.

1986-1994-cü illərdə Qeşke “Adobe”un baş əməliyyat direktoru, 1989-2000-ci illərdə isə prezidenti olmuşdur. 2009-cu ildə prezident Barak Obama Qeşkeni Milli Texnologiya və İnnovasiya Medalı ilə təltif etmişdir.

Çarlz Qeşkenin həyatında diqqət çəkən hadisələrdən biri də 1992-ci ildə onun qaçırılması olmuşdur. Bu, o dövrdə 52 yaşlı iş adamının işə gələndə baş vermişdir. İki nəfər tapança ilə hədələyərək, Qeşkeni tutub Kaliforniyanın Hollister şəhərinə aparıblar. “Adobe”un qurucusunun qohumları 650 min dollar ödədikdən sonra təcavüzkarlar ələ keçirilib. Ümumilikdə, iş adamı dörd gün əsirlikdə saxlanılıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər