10 C
Baku
Friday, December 27, 2024

“Adore Kompani”nin dövlətə 800 min manat vergi borcu var

Azərbaycanda parfumeriya və kosmetika mağazalar şəbəkəsinə sahib “Adore Kompani” MMC-nin (əvvəlki Ideal Kompani) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Adore Kompani” MMC-nin vergi borcu 799 894.90 manatdır. Bu vergi borcu 17.09.2024-cü il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Adore Kompani” MMC əvvəllər “İdeal Kompani” adlandırılırdı. Şirkət rəqib olan “Sabina” Parfumeriya və Kosmetika mağazalar şəbəkəsini aldıqdan sonra rebrendinq etmişdi.

Son xəbərlər
Digər xəbərlər