“Adore” mağazalar şəbəkəsi nizamnamə kapitalını 99 faiz azaldıb

Azərbaycanda kosmetika və parfumeriya mağazalar şəbəkəsinin sahibi “Adore Kompani” MMC nizamnamə kapitalını azaldıb.

Banker.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 8 769 500 manat və ya 98.9% azaldılaraq 100 000 manata endirilib.

Bundan öncə şirkətin nizamnamə kapitalı 8 869 500 manat idi.

“Adore Kompani” MMC “Sabina” və “Adore” brendi altında öz fəaliyyət göstərir.

2019-cu ildə “Sabina P və C” MMC-nin inventarını təşkil edən maddi və qeyri-maddi əmlak hüquqları “Adore Kompani” MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilib.

“Adore Kompani” 2020-ci ilə qədər “İdeal Kompani” MMC kimi qeydiyyatda idi.

Son xəbərlər
Digər xəbərlər