8 C
Baku
Sunday, November 17, 2024

“Adriatic Capital” Azərbaycanda alternativ enerjisindən istifadə üzrə layihələrdə iştiraka ümid edir

Monteneqronun “Adriatic Capital” şirkəti Azərbaycanda külək və günəş enerjisindən istifadə üzrə layihələrdə iştirakda maraqlıdır. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Energetika nazirinin müavini Elnur Soltanov və “Adriatic Capital”ın baş icraçı direktoru Marko Vuyoviç “Adriatic Capital” şirkəti ilə Azərbaycan arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

“M.Vuyoviç Monteneqroda alternativ və bərpaolunan enerji sektorunun mövcud vəziyyəti, bu sahədə şirkətin fəaliyyəti, iştirak etdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, şirkət layihələndirmə, maliyyələşdirmə, tikinti və istismar xidmətləri üzrə fəaliyyət göstərir və Monteneqro ilə yanaşı, Serbiya, Bosniya və Hersoqovina, eləcə də digər ölkələrdə külək parkları, su və günəş elektrik stansiyalarının tikintisində iştirak edib”, – deyə məlumatda bildirilir.

adr544

M.Vuyoviç şirkətin Azərbaycanda yüksək bərpaolunan enerji mənbələri potensialına malik ərazilərə baxış keçirildiyini, ölkəmizdə külək və günəş enerjisindən istifadə üzrə layihələrdə iştirakda maraqlı olduqlarını deyib.

“Görüşdə bərpaolunan enerji sahəsinin inkişafı üzrə Energetika Nazirliyi ilə Anlaşma Memorandumunun imzalanması və gələcək əməkdaşlıq imkanlarının müəyyən edilməsi istiqamətində danışıqların aparılmasına dair müzakirələr aparılıb”, – deyə məlumatda qeyd olunur.

Energetika Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalının payı 18% təşkil edir. Əsas hissə su elektrik stansiyalarının payına düşür.

Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin gücünü 3461 MVt-a çatdırmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər