26 C
Baku
Thursday, September 11, 2025

ADSEA-nın strukturuna daxil olmayan tabeli qurumların siyahısı təsdiqlənib

Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nı təsdiq edib.

Bununla bağlı Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya Regional Su Meliorasiya Xidməti, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəki qurumlar – “Sedam” MMM və Mərkəzi laboratoriya daxil edilib.

Son xəbərlər
Digər xəbərlər