10 C
Baku
Saturday, November 16, 2024

“Adviad” MMC Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

“Adviad” MMC – Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub. Bundan əvvəl isə platforma Avropa Yenidənqurma və İnkişaf Bankının “Star Venture Programı”nın qaliblərindən biri olub.

“Adviad” MMC 2018-ci ildə yaradılıb. Platforma digital reklamda AI (süni intellekt) istifadə edərək reklamların bir yerdən idarə edilməsinə imkan yaradır. 5 ölkədə 100-dən çox müştəriyə xidmət göstərən şirkətin əsas məqsədi Azərbaycanda və ölkədən kənarda reklam agentlikləri və brendlər üçün effektiv platformaya çevrilməkdir.

Məlumat üçün qeyd edək ki, Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınan “Adviad” MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda rezidentlər üçün nəzərdə tutulan güzəştlərdən yararlana biləcək. Belə ki, şirkət 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunub. Bundan əlavə, MMC idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlərdən istifadə edəcək.

Xatırladaq ki, Pirallahı Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarnın işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər