5 C
Baku
Friday, February 23, 2024

ADY: Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib

Mayın 15-də açılışı olmuş Bakı-Qəbələ dəmir yolu xətti üçün gediş haqqının məbləği koronavirus (COVID-19) pandemiyası başa çatanda və qatarla sərnişin daşımalarına başlanılanda məlum olacaq.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mətbuat katibi Natəvan Bayramova bildirib.

“Bildiyiniz ki, qatar pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib. Çünki ölkədə regional və beynəlxalq sərnişindaşıma dayandırılıb. Odur ki, Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib. Pandemiya bitəndən sonra bu barədə həm internet səhifəmizdə, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik”, – o deyib.

Son xəbərlər
Digər xəbərlər