“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq sərnişin daşımaları marşrutlarının istifadəsi üçün bütün texniki hazırlıqlarını aparıb.
Bu barədə ADY sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sərhədlərin bağlanılması məsələsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir, lakin qərardan asılı olmayaraq ADY beynəlxalq sərnişindaşıma marşrutlarının bərpası üçün planlarını hazırlayıb və texniki işlərini aparıb.