Sabiq bank əməkdaşına ADY-da vəzifə verilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Maliyyə və İqtisadi Təhlil Şöbəsinə yeni müdir təyin edilib.

Banker.az-ın əldə etdiyi məlmata görə, bu vəzifəyə əvvəllər  “Bank VTB Azərbaycan” ASC-də Maliyyə Təhlili Şöbəsinin müdri kimi çalışmış Orxan Yusıbov təyin edilib.

Bildirək ki, o, “VTB” bankından 2017-ci ildə ayrılıb və həmin ilin martında ADY-nin törəmə şirkəti olan “ADY Express”də fəaliyyətə başlayıb.

Qeyd edək ki, bu vəzifə ADY-da yeni yaradılmışdır.

Xatırlatma!
“Bank VTB Azərbaycan” Rusiyanın ən böyük banklarından olan “VTB” bankının ölkəmizdəki törəməsidir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları