-1 C
Baku
Sunday, December 15, 2024

“ADY Ekspress” məhkəməyə verildi

“ADY Ekspress” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Astara Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim İlqar Məmmədovdur.

İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda – inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC yeni strukturu – “ADY Ekspress” MMC-ni yaradıb. ADY Express yüklərin cəlb edilməsi və ölkəmizdən keçən tranzit yüklərin həcminin artırılması üçün ekspeditorlara və iri yük sahiblərinə onlayn xidmətlər göstərir.

Son xəbərlər
Digər xəbərlər