9 C
Baku
Sunday, November 17, 2024

“ADY Express” Mərkəzi Asiya ölkələrinə yükdaşıma ilə bağlı təkliflər verib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Express” MMC Mərkəzi Asiya ölkələrindən yüklərin dünya bazarına çıxarılması və idxal yüklərinin daşınması ilə bağlı təkliflər irəli sürüb.

Bu təkliflər bu gün Özbəkistanın paytaxtı Daşkəndə işə başlayan və noyabrın 4-nə qədər davam edəcək “TransLogistica Uzbekistan 2022” 18-ci nəqliyyat və logistika sərgisində səsləndirilib.

“ADY Express”in direktoru Vüqar Mirqasımovun başçılıq etdiyi nümayəndə heyəti sərgidə 30-dən artıq ölkənin nümayəndələri birlikdə iştirak edir.

Danışıqlarda Özbəkistan və regionun digər ölkələrinin təmsilçiləri, Azərlbaycan ərazisindən keçən Beynəlxalq Nəqliyyat Marşrutlardan istifadə etməkdə və “ADY Express”in xidmətlərindən yararlanmaqda maraqlı olduqlarını nümayiş etdiriblər.

Azərbaycan təmsilçiləri ölkəmizdə tranzit yükdaşımaları sahəsində görülən işlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanmaq istiqamətində danışıqlar aparıb.

“TransLogistica Uzbekistan” beynəlxalq sərgisi regionun ən böyük nəqliyyat və logistika sərgisi sayılır. Tədbir iştirakçıları arasında dəmir yolları və aviaşirkətlərin administrasiyaları, logistika şirkətləri, nəqliyyat vasitələrinin istehsalçıları və dilerləri, logistika mərkəzləri, yük daşıma və anbar şirkətləri, eləcə də konsaltinq şirkətləri iştirak edirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər