20 C
Baku
Tuesday, April 23, 2024

“ADY Express” Türkiyədən Azərbaycana iri ölçülü borular daşımağa başlayıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti – “ADY Express” MMC Türkiyədən Azərbaycana iri ölçülü boruların daşınmasına başlayıb.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, layihə hərəsi 10 ton çəkisi olan 100 ədəd borunun Türkiyədən ölkəmizə daşınmasını nəzərdə tutur. Yüklər qardaş ölkənin Arifiyə stansiyasından, Azərbaycanın Şəmkir stansiyasına qədər nəql edilir. Hər boru 1 platformada yerləşdirilib. Onlardan artıq 20-si Azərbaycana çatdırılıb, digərləri yoldadır.

Borular Türkiyə ərazisi ilə 2 063 km, Gürcüstan ərazisi ilə 210 km və Azərbaycan ərazisi ilə 118-km, ümumilikdə isə 2391 km yolu qət edərək ünvana çatdırılıb. Daşıma Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsi ilə gerçəkləşdirilib.

Layihə Türkiyənin “PASİFİK EURASİA LOJİSTİK DIŞ TİCARET A.Ş.” şirkəti və Gürcüstanın “GR Logistics & Terminals” şirkəti ilə birgə icra edilib.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər