9 C
Baku
Friday, March 13, 2026

“ADY Express”də yeni təyinat

Azərbaycan Dəmir Yollarının törəmə şirkəti “ADY Express” MMC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Heydər Cəfərli “ADY Express” MMC-də direktor müavini vəzifəsinə təyin edilib.

O, 2025-ci ilin fevral ayından 2026-cı ilin mart ayınadək “Azərbaycan Dəmir Yolları” QSC-də Marketinq və tarif siyasəti departamentinin rəhbəri vəzifəsini icra edib.

Heydər Cəfərli 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr dərəcəsinə, 2009-2011-ci illərdə Potsdam Universitetində İqtisadiyyat və Biznes üzrə, Azərbaycan Dövlət İqtisad Universitetində 2011 – 2013-cü illərdə Beynəlxalq İqtisadi Münasibətlər üzrə, 2016-2018-ci illərdə Drezden Texniki Universitetində Layihə menecmenti üzrə magistr dərəcəsinə yiyələnib.

Son xəbərlər
Digər xəbərlər