17.5 C
Baku
Thursday, May 15, 2025

ADY gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama verib

Bir neçə gündür Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət qatarı ilə Xırdalan və Sumqayıtdan Bakıya gələn bir çox sərnişinlərdən 0.80 və 1.20 AZN yerinə 2.40 AZN gedişhaqqı çıxılır.

Bu şikayətlə həmin reysdən istifadə edən sərnişinlər müraciət ediblər.

Onlar bildirirlər ki, sərnişinlər şikayət üçün yığışsalar da, faydası olmayıb, ödənişləri geri qaytarılmayıb.

Problemlə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət edilib. Qurumdan isə belə bildirilib:

“Martın 13-dən “Mastercard” beynəlxalq ödəniş sistemində həm kart, həm də cihaz vasitəsilə ödəniş zamanı, başqa sözlə, NFC ödənişlərində balansdan vəsaitin çıxılma məntiqi dəyişib. Belə ki, sərnişin kartını və ya cihazı dəmiryol vağzalı və stansiyalarının turniketlərinə oxutduranda balansında müəyyən məbləğ bloklanıb. Gedişhaqqı çıxıldıqdan sonra qalan məbləğ sonradan karta qaytarılır. Lakin artıq bu gündən etibarən “Mastercard” kartları ilə gedişhaqqının əvvəlki qaydada ödənilməsi təmin edilib”.

Son xəbərlər
Digər xəbərlər