14 C
Baku
Thursday, May 2, 2024

ADY: Hava şəraitinə görə sərnişin və yük qatarlarının sürət həddi endirilib

ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.

ADY-dən verilən məlumata görə, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunacaq: “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik”.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər