“Azərbaycan Dəmir Yolları” QSC Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb.
Bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, Bakı-Hövsan marşrutu üzrə həm qatarların alışı, həm də mövcud stansiyaların bərpası, dəmir yolunun təmiri nəzərdə tutulub: “Bu istiqamətdə artıq layihələndirmə işlərinə başlanılıb. Bu marşrut üzrə işlərin 2030-cu ilə kimi bitirilməsi nəzərdə tutulub. Belə ki, biz işlərin 2027-2028-ci illərdə başa çatacağını gözləyirik”.







