ADY ilk dəfə olaraq karbamidin 40 futluq konteynerlərlə daşınmasına başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid Zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 40futluq konteynerlərlə daşınacaq. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, daşımanı “ADY Konteyner”  həyata keçirir. Ümumilikdə, 1000 ton karbamidin Türkiyədəki alıcıları “Sirkenli Tarım Urunleri Tic. ve San. A.Ş” və “Voltrade Ithalat Ihracat San. ve Tic. A.S.” şirkətləridir.

Bu gün “ADY Konteyner” MMC-nin Sumqayıt terminalından yola salınan 19 konteynerdən ibarət ilk qatarı 500ton məhsulu İskəndərun şəhərinə çatdıracaq. Yaxın günlərdə yola düşəcək 500 ton karbamid yüklənmiş 19 konteynerdən ibarət növbəti qatarın təyinat məntəqəsi isə İzmir şəhəridir.

Yaxın aylar ərzində bu marşrutla Türkiyəyə, ümumilikdə, 4000 ton karbamid məhsulunun çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş  Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib.

Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660min ton karbamid məhsulu istehsal etmək gücündədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları