19 C
Baku
Friday, May 3, 2024

“ADY Konteyner” İstanbul-Daşkənd və Mersin-Daşkənd marşrutu üzrə yükdaşımalara başlayır

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Konteyner” MMC İstanbul-Daşkənd və Mersin-Daşkənd marşrutu üzrə “CASCA EXPRESS” konteyner blok qatarı ilə yükdaşımalara başlayır.

Bu barədə şirkətdən bildirilir.

Məlumata görə, yükdaşımalar “Asiya-Sakit okean regionu ölkələri – Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan–Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu çərçivəsində yaradılan CASCA+ multimodal nəqliyyat marşrutu çərçivəsində həyata keçiriləcək. Ötən il bu marşrutla ilk dəfə Özbəkistandan Avropaya yola salınan konteyner blok qatarı Bakıya çatmışdı. Konteynerlər Türkmənbaşı limanından Bakı limanına “ADY Konteyner”ə məxsus “Balkan” fider gəmisi vasitəsilə çatdırılmışdı.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər