“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 1960-cı illərdə qurulmuş və istismar müddəti bitmiş Biləcəri çeşidləmə təpəsində qatarların təhlükəsiz hərəkətini tam təmin etmək məqsədilə əsaslı təmirə başlanılıb.
Yenidənqurma işləri çərçivəsində 4 km-ə yaxın yol yenidən qoyulacaq, torpaq yatağı təkrar işlənəcək, kommunikasiya qurğuları müasirləşdiriləcək.
Qeyd edək ki, Azərbaycana daxil olan tranzit yüklər istisna olmaqla bütün vaqonların çeşidləndiyi Biləcəri çeşidləmə təpəsi ADY-nin mühüm strateji obyektlərindən biridir.