ADY-nin sərnişin daşımaları 2 dəfəyə yaxın artıb

Bu ilin ilk rübündə “Azərbaycan Dəmir Yolları” QSC-nin xəttilə 943 min 512 sərnişin daşınıb. Bu daşımaların 99.7%-i şəhərətrafı, 0.3%-i isə daxili olub.

Banker.az bu barədə ADY-nin rüblük hesabatına istinadən xəbər verir.

Qeyd edək ki, daşınmış ümumi sərnişin sayı ötən ilin ilk rübü ilə müqayisədə 467 min 280 nəfər və ya 98.1% çoxdur.

Şəhərətrafı sərnişin daşınması 2.1 dəfə artıb. Belə ki, ötən ilin I rübündə şəhərətrafı daşınan sərnişin sayı illik müqayisədə 502 min 86 nəfər və ya 114.4% az idi.

Ötən ilin müvafiq dövründə daxili daşınan sərnişin sayı 37 min 267 nəfər idi. Hesabat dövrü ilə müqayisədə bu, 15.1 dəfə çoxdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər