“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Ekspress” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, dəmir yolları şirkətinin nizamnamə kapitalı 5 milyon manat və 261.6% artımla 6.91 mln. manata qaldırılıb.
Xatırladaq ki, “ADY Ekspress” MMC 2015-ci ildə təsis edilib. “ADY Express” yüklərin cəlb edilməsi və ölkəmizdən keçən tranzit yüklərin həcminin artırılması üçün ekspeditorlara və iri yük sahiblərinə onlayn xidmətlər göstərir.