ADY-nin törəmə şirkətinin kapitalı kəskin artırılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Ekspress” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, dəmir yolları şirkətinin nizamnamə kapitalı  5 milyon manat və 261.6% artımla 6.91 mln. manata qaldırılıb.

Xatırladaq ki, “ADY Ekspress” MMC 2015-ci ildə təsis edilib. “ADY Express” yüklərin cəlb edilməsi və ölkəmizdən keçən tranzit yüklərin həcminin artırılması üçün ekspeditorlara və iri yük sahiblərinə onlayn xidmətlər göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər