“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti 2021-ci il üzrə də işini zərərlə davam edib.
Banker.az xəbər verir ki, bu barədə ADY-nin törəməsi illik maliyyə hesabatında qeyd edilir.
Hesabata görə, ADY-nin törəməsi 2.117 min manat əsas əməliyyat gəliri, 9 mln 049 min manat digər əməliyyat gəliri, 8 mln 338 min manat işçi heyəti xərci, 1 mln 029 min manat amortizasiya xərci 610 min manatlıq istifadə edilmiş materiallar ehtiyatı xərci olmuşdur. Beləliklə, cəmi gəlirlər cəmi xərclərini qarşılaya bilməmiş və növbəti dəfə 39 min manatlıq zərər etmişdir.
Bununla da onun illərin yığılmış zərəri 219 min manata çatıb.