“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) aldığı 10 ədəd FLIRT tipli sərnişin qatarlarının 2023-2024-cü illərdə Bakıya çatdırılması planlaşdırılır.
Bu barədə səhmdar cəmiyyətindən bildirilir.
“Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək”, – deyə qurum bəyan edib.