13 C
Baku
Friday, November 22, 2024

ADY ötən il Orta Dəhlizlə 4 milyon tona yaxın yük daşıyıb

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2022-ci ildə Orta Dəhliz (TransXəzər Beynəlxalq Nəlqiyyat Dəhlizi) marşrutu üzrə 3.9 milyon ton yük daşıyıb.

Bu, 2021-ci illə müqayisədə yarım milyon tondan çox artım deməkdir.

Bu barədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutun (TBNM) Beynəlxalq Assosasiyasının Qazaxıstanda keçirilən iclasında qeyd edilib.

Vurğulanıb ki, 2017-2022-ci illərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 milyon 347 min 585 ton, təkcə ötən il isə 432 min 284 ton yük daşınıb.

Xatırladaq ki, 2022-ci ildə ADY 18.7 milyon ton yük daşıyıb. Daşınmış yüklərin 7.5 milyon tonu tranzit daşımaları olub. Bu isə əvvəlki ilə nisbətən 63 % çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər