ADY: Qrafikə dəyişiklik Sumqayıt-Bakı qatarında sıxlığı azaldıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərin təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə 10 oktyabr tarixindən Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edib.

Bu barədə  ADY-dən bildirilib. Məlumata görə, dəyişikliklə bağlı müşahidələr aparılıb, o cümlədən sərnişinlərin rəyləri öyrənilib. Qatarların qrafikində dəyişiklik sözügedən istiqamətdə sərnişin sıxlığını qismən aradan qaldırıb: “Bu səhər Xırdalan stansiyasında olduq və dəyişiklikdən sonra xidmətimizdən istifadə edən sərnişinlərin rəyini öyrəndik. Sərnişinlər dəyişiklikləri müsbət qarşılayıb və mövcud sərnişin sıxlığının qismən aradan qalxdığını bildiriblər”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər