22 C
Baku
Wednesday, May 22, 2024

ADY sədri: “Sərnişindaşımanın bərpası ilə bağlı hazırda 3 illik strateji plan hazırlanıb”

Sərnişindaşımanın pandemiyadan öncəki marşrutlar və istiqamətlər üzrə bərpası ilə bağlı hazırda 3 illik strateji plan hazırlanıb.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu plana uyğun olaraq sərnişindaşımanın mərhələli bərpası nəzərdə tutulub:

“Cənub istiqamətində yol infrastrukturunun durumu imkan vermir ki, orada keyfiyyətli xidmətlər göstərilsin. Artıq biz bu il 309 km-lik Bakı-Qəbələ marşrutunu istifadəyə verdik. Həmçinin Bakı-Gəncə istiqamətini əlavə 95 km uzadaraq Ağstafaya qədər genişləndirdik”.

O qeyd edib ki, strateji istiqamətə uyğun olaraq Yevlax-Balakən xəttinin istifadəyə verilməsi üçün işlər görülür: “Bu hazırlıqlar bir xeyli vaxt alacaq. Amma bu istiqamətdə işlər planımızdadır”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər