28 C
Baku
Sunday, July 21, 2024

“ADY”nin şirkətinə baş maliyyə inzibatçısı təyin olundu

Dövlət şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin “ADY Konteyner” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni baş maliyyə inzibatçısı təyin edilib.

Banker.az-ın məlumatına görə, yeni təyin edilən şəxs Kamal Hüseynlidir.

Kamal Hüseynli “ADY Ekspress” MMC-də 2022-ci ilin oktyabr ayında baş maliyyə inzibatçısı vəzifəsinə təyin edilmişdir.

O, həmçinin Azərbaycan Voleybol Federasiyasında İdarə Heyətinin üzvü olub, “Azərbaycan Dəmir Yolları”nda Planlaşdırma, Modelləşdirmə və Büdcələşdirmə şöbəsinin rəisi, İqtisadi planlaşdırma, modelləşdirmə və qiymətləndirmə şöbəsinin rəisi, aparıcı maliyyə mütəxəssisi kimi vəzifələrdə çalışıb.

 

 

 

Son xəbərlər
Digər xəbərlər