8 C
Baku
Monday, November 18, 2024

AEBA İrana nümayəndə heyəti göndərəcək

İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında danışıqlar davam edir.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında İran nümayəndə heyətinin Vyanaya səfəri və agentlik rəsmiləri ilə görüşü barədə suala cavab olaraq deyib.

O bildirib ki, İran təhlükəsizlik məsələlərini və qeyri-müəyyənlikləri həll etmək üçün Agentliklə ilə danışıqları davam etdirir. Bu məqsədlə ötən həftə İrandan bir nümayəndə heyəti Vyanaya səfər edib.

XİN rəsmisi qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyətinin İrana səfəri və müzakirələrin davamı ilə razılıq əldə olunub.

“Təəssüf ki, İranın AEBA ilə apardığı texniki danışıqlar prosesinə mənfi təsir göstərməyə çalışan, danışıqlar prosesini təhrif edən tərəflər var. Bu qeyri-konstruktiv davranış yeni deyil və biz əvvəllər belə davranışları görmüşük”, o deyib.

N.Kənani Qərbi diplomatik prosesə xələl gətirəcək qeyri-konstruktiv davranışlara getmədən, diplomatiyaya yolu ilə irəliləməyə dəvət edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər