8 C
Baku
Wednesday, October 30, 2024

AEBA-nın baş direktoru mühüm görüşlər üçün Ukraynaya gedib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynaya getdiyini bildirib.

Bu barədə o, tviter sosial şəbəkəsindəki hesabında yazıb.

“Mühüm görüşlər üçün Kiyevə gedərkən. Zaporojye Atom Elektrik Stansiyasının ətrafında nüvə təhlükəsizliyi zonasına ehtiyac indi həmişəkindən daha aktualdır”, – Qrossi bildirib.

Xatırladaq ki, bundan əvvəl AEBA rəhbəri Ermənistana səfər edib. Qrossi orada Zaporojye Atom Elektrik Stansiyasının ətrafında nüvə təhlükəsizliyi zonasının yaradılması ilə bağlı Ukrayna hökuməti ilə danışıqları davam etdirməyi planlaşdırdığını bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər