Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi fevralın 20-də Tehrana səfər edəcək.
Bu barədə İranın AEBA-daki daimi nümayəndəsi Kazem Qaribabadi tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, baş direktor Tehranda İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığın perspektivini müzakirə edəcək.