7 C
Baku
Sunday, January 29, 2023

AEBA-nın ekspert qrupu Tehrana gedəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlər qrupu İranın adı çəkilməyən üç yerində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyi ilə bağlı araşdırmalar çərçivəsində dekabrın 18-də Tehrana səfər edəcək.

Bu barədə Al Arabiya” telekanalı Agentliyin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.

“İranın dəvəti ilə AEBA-nın texniki qrupu bazar günü Tehrana gedəcək”, – nəşr rəsmiyə istinadən bildirib.

Səfərin məqsədi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində nəzərdə tutulan təminatlar üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı məsələləri həll etmək olacaq.

Qeyd edək ki, dekabrın 14-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami AEBA nümayəndələrinin yaxın günlərdə Tehrana səfər edəcəyini açıqlamışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X