Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Zaporojye AES-dəki əməkdaşlarını dəyişmək üçün növbəti qrup gəlib.
Bu barədə AEBA rəhbəri Rafael Qrossi məlumat verib.
Qrossinin sözlərinə görə, bu, sentyabrdan indiyədək ikinci rotasiyadır.
“Maraqlı tərəflərin köməyi sayəsində biz əməkdaşlarımızın rotasiyasını bir neçə saat qabaq tamamladıq” – deyə Qrossi bildirib.