5 C
Baku
Monday, February 6, 2023

AEBA rəhbəri: “Şimali Koreya fəal şəkildə nüvə sınağına hazırlaşır”

“Şimali Koreya fəal şəkildə nüvə sınağına hazırlaşır”.

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Cənubi Koreyaya səfəri zamanı bildirib.

Onun sözlərinə görə, KXDR-in hakim dairələri hələ də sınaqların keçiriləcəyi tarixlə bağlı qərar verməyib.

“Vəziyyət olduqca narahatedicidir. Onlar nüvə sınaqlarına fəal şəkildə hazırlaşırlar, eyni zamanda faktiki sınaq tarixini seçməkdə çeviklik nümayiş etdirirlər”, – R.Qrossi söyləyib.

AEBA rəhbəri sınaqların keçirilməsinin çox arzuolunmaz olacağını qeyd edib.

Qurum Şimali Koreyadakı vəziyyəti izləyir.

Son xəbərlər
Digər xəbərlər
X