16 C
Baku
Monday, April 29, 2024

AEBA rəhbəri Putinlə görüşəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi çərşənbə axşamı Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

“AEBA-nın baş direktoru Qrossi Rusiyada olacaq və onun Prezident (Vladimir-red) Putinlə görüşü planlaşdırılır”, – Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.

Bundan əvvəl AEBA məlumat yayıb ki, Qrossi Rusiyaya səfəri çərçivəsində Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasındakı (ZAES) vəziyyət və onun ətrafında təhlükəsizlik zonasının yaradılması ilə bağlı danışıqlar aparmağı nəzərdə tutur.

“ZAES-in yeganə xarici enerji mənbəyinin birbaşa atəşə tutulmasının bərpası son dərəcə məsuliyyətsiz addımdır. Zaporojye Atom Elektrik Stansiyasını qorumaq lazımdır. Tezliklə mən Rusiyaya, daha sonra təhlükəsizlik zonası barədə razılığa gəlmək üçün yenidən Ukraynaya səfər edəcəm. Bu, təcili məsələdir”, – Qrossi daha əvvəl tviter hesabında yazıb.

Ötən həftə Zaporojye AES-də Agentliyin sentyabrın 1-dən stansiyada olan missiya heyətinin ilk rotasiyası keçirilib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər