“Şimali Koreya fəal şəkildə nüvə sınağına hazırlaşır”.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Cənubi Koreyaya səfəri zamanı bildirib.
Onun sözlərinə görə, KXDR-in hakim dairələri hələ də sınaqların keçiriləcəyi tarixlə bağlı qərar verməyib.
“Vəziyyət olduqca narahatedicidir. Onlar nüvə sınaqlarına fəal şəkildə hazırlaşırlar, eyni zamanda faktiki sınaq tarixini seçməkdə çeviklik nümayiş etdirirlər”, – R.Qrossi söyləyib.
AEBA rəhbəri sınaqların keçirilməsinin çox arzuolunmaz olacağını qeyd edib.
Qurum Şimali Koreyadakı vəziyyəti izləyir.