9 C
Baku
Sunday, November 17, 2024

AEBA rəhbəri: “Ukraynada nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət təhlükəli olaraq qalır”

Ukraynada nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət təhlükəli və gözlənilməz olaraq qalır.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Rafael Qrossi tviterdə yazıb.

O, agentliyin bu istiqamətdə səylərinə verdiyi töhfəyə görə İsveç hökumətinə təşəkkür edib.

“Ukraynada bizim işimizə təcili ehtiyac var”, – Qrossi qeyd edib.

Yanvarın 26-da İsveç hökuməti Ukraynada nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün 20 milyon kron (2,13 milyon dollar) ayrıldığını elan edib. Bu vəsaitlər missiyaları Ukraynanın bütün atom elektrik stansiyalarında yerləşdirilən AEBA-ya verilməlidir.

Son xəbərlər
Digər xəbərlər