10 C
Baku
Friday, December 13, 2024

AEBA: Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ehtimalı yoxdur

Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi ehtimalı yoxdur.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Türkiyənin NTV kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bununla belə, Ukraynada dəhşətli müharibə davam etməkdədir.

Qrossinin sözlərinə görə, yaxın zamanda Zaporojye Atom Elektrik Stansiyası ərazisində təhlükəsizlik zolağının yaradılmasına dair sazişin imzalanmasına nail olmaq mümkündür.

Qrossi Türkiyənin Rusiya, ABŞ və Ukrayna heyətləri arasında görüşlərin təşkil etməsində, dialoqun davam etdirilməsi üçün böyük rol oynadığını da vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər