11 C
Baku
Friday, October 25, 2024

AEBA Rusiyaya qarşı qətnamə qəbul edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Ukraynadakı atom elektrik stansiyaları (AES) ilə bağlı Rusiyaya qarşı yeni və sayca üçüncü qətnamə qəbul edib.

Qətnamədə Rusiyadan Ukraynanın Zaporojye AES ərazisindən öz əsgər və digər xidməti heyətlərini dərhal geri çəkmək tələb olunur. Eyni zamanda Rusiyaya həmin AES və Ukraynadakı digər nüvə reaktorlarına qarşı və onların ərazisindəki fəaliyyətləri dayandırmağa çağırış edilib. AEBA qətnaməsində indiyədək Rusiyanın ona ünvanlanan çağırışlara əməl etməməsindən narahatlıq ifadə edilib.

AEBA İdarəçilər Şurasının Kanada və Finlandiyanın təşəbbüsü ilə qəbul etdiyi qətnamənin lehinə 35 üzvdən 24-ü səs verib. Çin və Rusiya qətnamənin əleyhinə səs verib, digər üzvlər isə bitərəf qalıblar.

Qeyd edilməlidir ki, rəsmi Kiyev və Moskva Zaporojye AES-ə və onun ətrafına hücumlarla bağlı qarşılıqlı olaraq ittihamlar irəli sürürlər. AEBA-nın yeni qətnaməsinin hansısa dəyişikliyə səbəb olacağı ehtimalı sual altındadır. Belə ki, bu qətnamələr tələb xarakteri daşıyır, təşkilatın və onun İdarəçilər Şurasının bu qətnamələrin icrasını təmin etmək imkanı yoxdur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər