21 C
Baku
Tuesday, April 16, 2024

AEBA Ukraynada bütün AES-lərdə öz müşahidəçilərini yerləşdirəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Ukraynanın bütün atom elektrik stansiyalarında öz müşahidəçilərini yerləşdirəcək.

Bunu Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin rəhbəri vəzfəsini icra edən Oleq Korikov “Ukraine Media Center”in efirində deyib.

Korikovun sözlərinə görə, AEBA Ukraynanın Çernobıl başda olmaqla, bütün atom elektrik stansiyalarında beynəlxalq müşahidə missiyalarının yerləşdirilməsi təklifini qəbul edib, missiyalar yaxın vaxtlarda işə başlayacaq.

O, Zaporojye AES-dəki vəziyyətdən danışıb və stansiyanın Rusiyanın enerji sisteminə qoşulması üçün bütün cəhdlərin uğursuzluğa düçar olduğunu vurğulayıb.

“Atom elektrik stansiyalarının işğalı yüksək nüvə təhlükəsidir”, – Korikov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər