“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynanın bütün AES-lərində iştirakını gücləndirəcək”.
Bunu AEBA-nın baş direktoru Rafael Qrossi “Twitter“də yazıb.
Qrossinin sözlərinə görə, Ukrayna öz enerji infrastrukturunu qorumalıdır.
O həmçinin əlavə edib ki, Zaporojye AES ətrafında nüvə təhlükəsizliyi zonasının təcili surətdə yaradılması üzrə birgə işlərin həyata keçirilməsini Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə birlikdə davam etdirir.