16 C
Baku
Monday, October 14, 2024

AEBA Ukraynanın iki nüvə obyektində yoxlama aparacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri rəsmi Kiyevin müraciəti əsasında Ukraynanın iki nüvə obyektini təftiş etməyə hazırlaşırlar.

Bunu agentliyin Baş direktoru Rafael Qrossi bildirib.

“AEBA (əməkdaşları-red) yaxın günlərdə bu obyektlərə səfərə hazırlaşır. Səfərin məqsədi hər hansı mümkün elan olunmamış nüvə fəaliyyətlərini və materiallarını müəyyən etməkdir”, – onun bəyanatında vurğulanıb.

Qeyd edək ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı rəsmi Kiyevin AEBA ekspertlərini ölkəyə dəvət etmək qərarını dəstəkləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər