9 C
Baku
Wednesday, January 22, 2025

Aerodrom istismarçılarının əhatə dairəsi genişləndirilir

Azərbaycanda aerodrom istismarı ilə bağlı dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası təmin olunacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda aerodrom istismarçısı anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır. Layihə ilə təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir. Bununla da aerodromu istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsasının yaradılması təmin olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər