2 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Aeroflot” Aktobe, Kostanay və Qaraqandaya uçuşları bərpa edir

Rusiyanın “Aeroflot” aviaşirkəti yanvarın 15-dən Moskvadan Qazaxıstanın Aktobe, 16-dan Kostanay, 17-dən isə Qaraqanda şəhərlərinə uçuşları bərpa edəcək.

Bu barədə aviaşirkətdən bildiriblər.

“Aeroflot” Aktobe, Kostanay, Karaqandaya uçuşları bərpa edir və Nur-Sultana müntəzəm reysləri davam etdirir. Yanvarın 15-dən Moskva – Aktobe – Moskva (SU1948/1949) reyslərinin yerinə yetirilməsi planlaşdırılır. Yanvarında 16-dan isə Moskva – Kostanay – Moskva (SU1952 / 1953) uçuşları planlaşdırılır. Moskva – Qaraqanda – Moskva (SU1936 / 1937) reysləri yanvarın 17-dən bərpa ediləcək”, – deyə qeyd olunub

Şirkət əlavə edib ki, Qazaxıstan Respublikası ərazisində mövcud məhdudiyyətlərlə əlaqədar olaraq, Aktobe və Karaqandaya uçuşlar müvəqqəti olaraq düzəliş edilmiş cədvəl üzrə həyata keçiriləcək. Həmçinin yanvarın 12-dən yanvarın 18-dək düzəliş edilmiş cədvələ uyğun olaraq yanvarın 10-dan bərpa olunan Nur-Sultana reyslər həyata keçiriləcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər