21 C
Baku
Saturday, May 25, 2024

“Aeroflot” sərnişin oturacağında heyvanların daşınması xidmətini təqdim edib

Rusiyanın “Aeroflot” şirkəti sınaqdan uğurla keçdikdən sonra təyyarənin salonunda qonşu sərnişin oturacağında heyvanın daşınması xidmətini tətbiq edib.

“Aeroflot”un rəsmi məlumatına əsasən, bu xidmət şirkətin öz reyslərində və onun törəməsi olan “Rossiya” şirkətinin SU kodu ilə həyata keçirilən reyslərində davamlı olaraq tətbiq olunacaq.

“Test nəticələri göstərdi ki, xidmət xırda heyvan və quş sahibləri arasında tələbatlıdır. Bu müddət ərzində 900-dən çox ev heyvanı daşınıb. Həmçinin sınaqların nəticələrinə əsasən biznes sinif kabinəsində heyvanların daşınması üçün konteynerin ölçüləri artırılıb”, – məlumatda qeyd olunur.

Şirkətdən verilən məlumata görə, sərnişin qonşu oturacaqda istənilən xidmət sinfində (ekonom, komfort və biznes) heyvan və ya quş olan bir konteyner daşıya bilər.

Qeyd olunur ki, əlavə oturacaq üçün ödəniş yetkin sərnişinə tətbiq edilən tariflə həyata keçirilir. Təhlükəsizlik qaydalarına uyğun olaraq, konteynerin yalnız pəncərənin yaxınlığındakı oturacaqlara yerləşdirilməsinə icazə verilir. Ev heyvanı bütün uçuş zamanı konteynerdə qalmalıdır.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər