16 C
Baku
Thursday, April 18, 2024

Aeroport yolunda sürət həddi 110 km/saat-a endirilib

Bu gündən Heydər Əliyev prospektində (metronun “Koroğlu” stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib.  

Banker.az xəbər verir ki, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir. 

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Rəyə əsasən, 17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunmalı, buna qədər zəruri texniki məsələlər həll edilməlidir.

Son xəbərlər
Digər xəbərlər