“AFB Bank” ASC 2025-ci ilin 1-ci rübünü 2 milyon 321 min manat mənfəətlə başa vurub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu ilin 3 ayında “AFB Bank”ın faiz gəlirləri 5 milyon 725 min manat, qeyri-faiz gəlirləri 2 milyon 110 min manat, faiz xərcləri 1 milyon 423 min manat, qeyri-faiz xərcləri isə 5 milyon 324 min manat olub.
Hesabat ayında “AFB Bank”ın aktivləri 299 milyon 585 min manat olub. Bunun 186 milyon 841 min manatı müştərilərə verilmiş kreditlərdir.